23 Yanvar 2019 23:28
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 13 yaşlı uşaq itkin düşüb.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Kazımovski küçəsində yerləşən Əlillərin Bərpa Mərkəzində baş verib.

Sabirabad rayonu Moranlı kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynli Amin Əziz oğlu yanvarın 21-də saat 13 radələrində Əlillərin Bərpa Mərkəzindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com