Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Hadisə Rixard Zorge və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.
90 MF 499 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobilin qadın sürücüsü yan tərəfdən gələn 10 CN 808 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilə yol verməyib, nəticədə qəza baş verib.
Qadın toqquşma anında qapını açaraq avtomobildən özünü yola atıb, sükanı boş qalan "Nissan" isə qəzadan sonra 500 metr kənarda yoldan çıxaraq səkidə dayanıb. Xoşbəxtlikdən avtomobil səkidəki piyadalara xəsarət yetirməyib.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub./Trend/