5 Fevral 2019 12:15
2 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində bacısının sevgilisini öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses fevralın 14-nə təyin edilib.

İttihama görə, ötən il iyun 28-də Xırdalan şəhərində Pərviz Həbibovun evində meyiti tapılıb. İlkin məlumatda onun infarktdan öldüyü qeyd olunub.

Abşeron rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı Pərviz Həbibovun həmin il iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini Nazilə Ağakişiyevanın qardaşı Ələkbər Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

İstintaq orqanı tərəfindən Ələkbər Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Ələkbər Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər