Bu gün Türkiyənin Biləcik şəhərində baş vermiş avtobus qəzasında ağır xəsarət alan azərbaycanlı tələbə Mirsani Seyidov vəfat edib.
Biləcik Dövlət Xəstəxanasına çatdırılan həmyerlimiz həkimlərin cəhdlərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkmiş.
***
12:23
Türkiyənin Biləcik vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib.
Teleqraf.com bizimyol.info-ya istinadla xəbər verir ki, qəzada ağır yaralanan Türkiyədə ali təhsil alan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Dizə kənd sakini, 21 yaşlı Seyidov Mirsani Ağamir oğlu müalicə aldığı xəstəxanada vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, cipdə onunla birlikdə olan qardaşı, tələbə Mirabbas Seyidovun səhhəti isə yaxşıdır.
Xatırladaq ki, fevralın 3-də M.Seyidovun idarə etdiyi 34 MM 1844 nömrə nişanlı ciplə fabrika işçilərini daşıyan avtobus toqquşub.
Qəzada cipin sürücüsü ilə yanaşı Mirsani Seyidov, Ersan Gülüm, İsmət Turan və Qürbət Çankaya və avtobusdakı 6 işçi yaralanıb. Yaralılar hadisə yerinə gələn tibb işçiləri tərəfindən Bilecik Dövlət Xəsatanasına aparılıb.