Ucar rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Şamil Fərzəliyev küçəsi, 30 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Arzu Tağiyev həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəhla Tağıyevanı baltalayıb.
Daha sonra o, anası, 1953-cü il təvəllüdlü Zivərxanım Tağıyevanı bıçaqlayıb.
Şəhla Tağıyeva hadisə yerində ölüb. Zivərxanım Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlərlə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra paytaxtdakı xəstəxanaların birinə göndərilib.
Hadisəni törədən Arzu Tağıyev saxlanılıb.
Hadisə ailə münaqişəsi zəminində baş verib. Cinayəti törədən şəxsin hadisədən sonra intihara cəhd etməsi də məlum olub.
Arzu Tağıyevin ruhi xəstə olduğu deyilir.
Faktla bağlı Ucar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə icinayət işi başlanıb.