Biləsuvar rayonunda məktəblinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, 2004-cü il təvəllüdlü Asəf Həsənovun intihar etməsi ilə bağlı rayon prokurorluq əməkdaşları hadisə yerində ölüb.
Hadisə ilə bağlı ekspertiza təyin olunub.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ötən gün rayonun Çinarlı kəndində qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Həsənov özünü qonşunun bağında ağacdan asıb.
Yaxınları onun meyitini aşkar ediblər.
Bildirilir ki, Asəf hadisədən bir gün əvvəl atası tərəfindən danlanıb və bu səbəbdən intihar edib.
Asəf Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə oxuyurdu.
Faktla bağlı istintaq başlanıb.