Mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verib.
Əməliyyat başa çatıb.