11 Fevral 2019 20:52
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Çekməköy rayonunda hərbi helikopter qəzaya uğrayaraq yaşayış kompleksinin ərazisinə düşüb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində dörd əsgər dünyasını dəyişib.

Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com