Bakının Suraxanı rayonunda oğurluğa gələn şəxs ev sahibini bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub.
Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsinin əməkdaşları tərəfindən məlumatla bağlı müvafiq tədbirlər görülüb.
Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşanda onun qol nahiyəsinə bıçaqla xəsarət yetirib, sonra hadisə yerini tərk etdiyi müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompüter oğurladığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.