Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində erməni əsgəri ölüb.
Hadisə dünən baş verib. 2000-ci il təvəllüdlü Frunzik Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə hərbi hospitala çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:30-da hospitalda ölüb.
Hadisə ilə bağlı istintaq aparılır.
Qeyd edək ki, bu, Ermənistan ordusunda ötən gün qeydə alınan ikinci ölüm hadisəsidir. Dünən Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.