Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında həbsdə olan QHT nümayəndələrinin hüquqlarının müdafiəsilə bağlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, KXCP-nin qərargahında 10 partiyanın iştirak etdiyi müdafiə komitəsinin tədbirində çıxış edən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, həbsdə olan QHT rəhbərlərinin səhhəti ilə bağlı komissiya yaradılmazdan öncə onların hüquqları ilə məşgul olan insanlarla məslıhətləşmək lazımdır.
KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, həbsdəki QHT nümayəndələrinin müdafiəsi ilə bağlı layihə hazırdır. Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, qurumun adından "müqavimət" sözünü çıxarıb "demokrat" sözünün əlavə edilməlidir. O, həmçinin layihəyə ümumi fəaliyyət istiqamətinin əlavə edilməsinin labüdlüyünü diqqətə çatdırıb.
Qeyd edək ki, ötən iclasda Müdafiə Komitəsində 6 komissiyanın yaradılmasını təklif edən Hacıbaba Əzimov toplantıya qatılmayıb.
KXCP-nin qərargahında müxalifət partiyalarının müdafiə komitəsinin toplantısında beş komissiyanın yaradıması qərara alındı. Qarabağ və qaçqınların hüquqları komissiyasının işi KXCP-yə, siyasi hüquqlar komissiyası Azad Azərbaycan Partiyasına, mülki hüquqlar komissiyası ADP-yə, sosial hüquqlar komissiyası Hacıbaba Əzimovun partiyasına, vətəndaşların dini etiqad və vicdan azadlığı komissiyası İslam Partiyasına həvalə edildi.
Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXP sədri Pənah Hüseyn komissiyaların tərkibində qatılmaq üçün iddialı olmadıqlarını qeyd ediblər. Məsələyə reaksiya verən S.Cəlaloğlu qeyd edib ki, iddianın olmaması işdən imtina deməkdir.
Ona cavab olaraq İ. Qəmbər deyib ki, Müsavat bu məsələrdə yaxasını qırağa çəkmir: "Amma indi partiya qurultaya hazırlaşır və bir aydan sonra yeni başqan seçiləcək. O zaman onlar bu quruma dəstək verəcəklər".
S.Cəlaloğlu Müsavat başqanına replika ilə deyib ki, onda gedək, bir aydan sonra toplaşarıq və müzakirə edərik.
Bəxtiyar