15 Fevral 2019 01:15
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bolu şəhərinin Gerede bölgəsində Ankara istiqamətindəki əsas yolda zəncirvari avtomobil qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində yük maşınları da olmaqla 20-yə yaxın avtomobil toqquşub. Çox sayda yaralının olduğu bildirilir. Hadisə yerinə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza səbəbindən Bolu-Ankara yolu bağlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com