15 Fevral 2019 11:33
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Beşiktaş bölgəsində ağır yol qəzası baş verib.

Qəza nəticəsində 3-ü qadın olmaqla 4 nəfər yaralanıb.

Bildirilir ki, Levent Metro stansiyası yaxınlığında Eşper Ü adlı şəxsin idarə etdiyi 34 ANH 055 nömrə nişanlı avtomobillə dönmə əməliyyatı yerinə yetirib. Bu zaman Azerbaycan əsilli Xəlil Hüseynov idarə etdiyi 34 BGB 230 nömrə nişanlı avtomobillə onun maşınını arxadan vurub. Bu zaman zincirvari qəza yaranıb.

Qəza nəticəsində Xəlil Hüseynovun avtomobilində əyləşən Ayça Gül, Leyla Qəribova ilə Semanur Saltan yaralanıb. Hadisə yerinə təcili yardım briqadası, xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Yaralıların həyati təhlükələrinin olmadığı bildirilib. Zəncirvari qəza nəticəsində toqquşan digər avtomobillər də yoldan kənarlaşdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır./unikal.orq/


Müəllif: Teleqraf.com