16 Fevral 2019 09:21
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda ər və arvad intihar edib.

Hadisə rayonun Kolanı kəndində baş verib.

Xeyli vaxtdır ailə qurmalarına baxmayaraq, övladları olmayan 1982-ci il təvəllüdlü Sahib Zaməddin oğlu Rəsulov və 1985-ci il təvəllüdlü Əfsanə Ənzəli qızı Mayılova yaxınlarının təzyiqi ilə ayrılmaq qərarına gəliblər. Kişi bu ayrılığa dözməyərək özünü həyətdəki ağacdan asaraq intihar edib.

Bu xəbəri atası evində eşidən qadın da eyni üsulla intihar edib.

Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək./Oxu.Az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər