17 Fevral 2019 01:57
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz şəhərində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1985-ci il təvəllüdlü sürücü Ruslan İbrahimov və 1976-cı il təvəllüdlü sərnişin Əvəz Sadıqov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göygöldə iki minik maşını toqquşub.


Müəllif: Teleqraf.com