Bu gün 100-dən artıq gənc Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Musavat.com-un əməkdaşı Tiflisdən xəbər verir ki, gənclər Ukraynaya dəstək veriblər və Putin hakimiyyətinin Ukrayna, o cümlədən, Abxaziya siyasətinə etiraz ediblər. Onlar “Moskva STOP”, və Ukraynaya dəstək şüarları səsləndiriblər. Aksiyada Putinin şəkli yandırılıb.
Aksiya iştirakçısı olan gənclər Rusiyanın Abxaziya siyasətini tənqid edərək, etiraz şüarları səslənfiriblər. Polis aksiyaya müdaxilə etməyib.