20 Fevral 2019 12:59
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini T.Bəylərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi M.Sarıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov