Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 20-ci polis bölməsi əməkdaşları tərəfindən ötən il noyabrın 8-də iki qadının içərisində pul, mobil telefon və sənəd olan çantalarını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini S.Balayeva saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun ötən il dekabrın 28-də daha bir qadının içərisində 400 manat, bankomat kartı və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilib.