21 Fevral 2019 22:09
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli şöbəsinin rəhbəri Kazım Sayın hamamdan çıxaraq 16 və 17 yaşlı gəncləri döyüb.

Teleqraf.com xəbər verir ki, görüntülər təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Bildirilir ki, AKP yetkilisi hamamda olarkən gənclər ora daxil olub və bu zaman tərəflər arasında konflikt yaşanıb. Gənclər xəsarət aldıqlarına dair tibbi ekspertizanın rəyini alsalar da, son anda böyüklərin məsləhəti ilə şikayətlərini geri götürüblər.


Müəllif: Teleqraf.com