Müsavatın gözlənilən qurultayı partiya daxilində açıq-aydın gərginlik yaradıb.
Artıq başqanlığa namizədlər bir-birlərinin adını çəkməsələr də, faktiki olaraq bir-birlərini tənqid və ittiham edirlər. İndi isə başqanlığa namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy rəqibi Arif Hacılını Müsavatın mərkəzi icra aparatının rəhbəri postundan istefa verməyə səsləyib. Səxavət Əlisoy bildirib ki, əgər Hacılı özünə arxayın adamdırsa və güclü olduğunu düşünürsə, bu zaman tutduğu postdan istefa etməli, başqanlıq yarışına sıravi müsavatçı qismində qatılmalıdır. Qeyd edək ki, qurultayın keçirilməsi işinin texniki və təşkilati məsələlərini mərkəzi icra aparatı həyata keçirir. Bu isə Arif Hacılı üçün əlavə imkanlar yaradır. Digər namizədlər isə bu faktordan narazılıqlarını gizlədə bilmirlər.