22 Fevral 2019 11:55
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

Rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobildə oloa sərnişinlər, bacı-qardaş Əfsanə və Rüstəm İsayevlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

11:35

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hacıqayıb kəndinin ərazisində baş verib. Rayonun Ərməkiqışlaq kənd sakini, Ceyhun Nadirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.

Nəticədə C.Nadirov hadisə zamanı özündən gedərək huşunu itirib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Yaralılar Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yaralılar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com