Bir qədər əvvəl Bakının Nərimanov rayonunun Ziya Bünyadov prospektinin və Əhməd Rəcəbli küçəsinin kəsişməsində - körpünün üstündə (“Koroğlu” metrostansiyası istiqamətində) avtomobil aşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə məlumat verib.
Mais Ağayev qeyd edib ki, bu səbəbdən hazırda həmin istiqamətdə tıxac var.