22 Fevral 2019 18:54
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qədər əvvəl Bakının Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov qəsəbəsi - "28 May" metro stansiyası) hərəkət edən avtobusda yanğın olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hadisə barədə məlumat daxil olan kimi Agentlik araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan boş avtobusda baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsində qısaqapanma olub.

Xatırladaq ki, bu gün Bakının Qaradağ rayonunda da sərnişin avtobusu yanıb.


Müəllif: Teleqraf.com