Ermənistanda üzərində Azərbaycan dilində yazılar olan konfetlər satılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri Georgi Avetisyan məlumat verib.
“Konfetlərin üzərində Azərbaycan dilində məlumat dərc edilib. Bu o deməkdir ki, qanunvericilik pozulub”.
Bu məhsullar əsasən İtaliyanın “Ferrero SpA” firmasının istehsalı olan “Rafaello” və “Ferrero Rocher” şirniyyatlarıdır.
Şirniyyat Ermənistana İtaliya tərəfindən deyil, naməlum təşkilat tərəfindən gətirilib.
“Biz idxalçını tapa bilmədik. Bu məhsullar ya qaçaqmalçılıq yolu ilə, ya da dövlət rüsumundan yayınmaq üçün 25-50 kiloluq partiyalarla gətirilib. Bütün məhsullar xidmət tərəfindən müsadirə olunub”,- deyə xidmət rəhbəri bildirib.