23 Fevral 2019 21:30
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

"Mercedes-Benz" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan 2 nəfər - Ağstafa rayon sakinləri, 27 yaşlı Məhəmmədəli Əsgərov və 28 yaşlı Samir Kazımov xəsarət alıblar. Digər avtomobildə isə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qazax şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.


Müəllif: Mənbə/Report