24 Fevral 2019 12:09
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist, “Mediapress İnformasiya Agentliyi”nin baş redaktoru Natiq Qocaman dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bir müddətdir insultdan müalicə alan və beyin əməliyyatı keçirən jurnalist 46 yaşında vəfat edib.

Natiq Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə xəstəxanaya aparılıb, bir neçə saat sonra isə komaya düşüb.

Xatırladaq ki, jurnalistin həyat yoldaı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına bu haqda məruzə edildiyini və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini söyləyib. Bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, N.Qocaman 2015-ci ildə prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər