25 Fevral 2019 16:44
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrında Şəmkir rayon polis şöbəsinə rayonun Şiştəpə kəndində yerləşən fermadan naməlum şəxs və ya şəxslərin 43 baş xırda buynuzlu mal-qarasının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş və məhkumluğu qanunla müəyən edilmiş qaydada ödənilməmiş Şəmkir rayon Şiştəpə kənd sakini, 30 yaşlı Səfər Nağıyev saxlanılıb.

Dindirilmə zamanı Səfər Nağıyev törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı qoyunları Gədəbəy rayonu ərazisinədə tanımadığı şəxsə satdığını, əldə etidyi pulu isə xərclədiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər