Bakının Binəqədi rayonunda baş verən iki cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, 5-ci polis bölməsi əməkdaşları tərəfindən rayon ərazisində 1 avtomobildən 200 manat və 4500 ABŞ dolları oğurlamaqda, 1 avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.