Bərdə rayonunda dəhşətli qətl törədən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Kəltəparak kəndində İmişli rayon sakini Elçin Qurbanov arvadı Nəvatı Qurbanovanı baltalayıb.
Daha sonra o, qayınanası Rəhilə Qarayevaya bir neçə balta zərbəsi endirib və ona məxsus evi yandırıb.
Rəhilə Qarayeva ağır yanıq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, Elçin Qurbanov 6 yaşlı qızı Fatiməni götürərək qaçıb. Onun İmişli rayonuna getdiyi ehtimal olunduğu üçün hadisə ilə bağlı həmin rayon polis şöbəsinə də məlumat verilib.
Elçin Qurbanovun həbs olunması üçün əməliyyat keçirilib və o, Bərdə rayonu ərazisində saxlanılıb.
Məlum olub ki, Nəvatı Qurbanova 1 ilə yaxın anasının evində yaşayıb. O, həyat yoldaşı Elçin Qurbanovdan boşanmaq üçün məhkəməyə müraciət edib.
Məhkəmə ailənin boşanması üçün 3 ay vaxt verib.
Hadisəyə də səbəb Elçin Qurbanovun boşanmaq istəməməsi olub.
Faktla bağlı cinayət işi başlanıb.