Göyçay rayonunda ölümlə nəticələnən yanğın olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.
FHN-in məlumatınaa görə, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.