1 Sentyabr 2014 11:53
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Ukraynada vəziyyətin gərginləşməsi səbəbindən Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, sanksiyalarda Rusiyanın müdafiə, maliyyə və neft sektorlarına toxunulub.

Avstraliyanın Baş Naziri Toni Ebbot bildirib ki, sanksiyalarda Rusiyanın neft sektoruna və silah ixracına da qadağa nəzərdə tutulur.

Onun sözlərinə görə, Avstraliya həmçinin Rusiya dövlət banklarının ölkənin kapital bazarına çıxışını məhdudlaşdırır.

Samir


Müəllif:

Oxşar xəbərlər