5 Mart 2019 13:16
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də Yevlax sakininə tapança ilə atəş açan şəxs saxlanılıb.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, qeyd edilən tarixdə rayon sakini Rəşid Həsənov sol ayaq nahiyəsindən aldığı güllə yarası ilə mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı onun pnevmatik tapançadan açılan atəş nəticəsində xəsarət aldığı məlum olub. Yevlax rayon polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tərbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Tural Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı Tural Məmmıdov törətdiyi əməli etiraf edib. O, hadisəni aralarında baş verən münaqişə zəmnində törətdiyini bildirib.

Hazırda hadisənin əsas baş vermə səbəbi və silahın haradan əldə edilməsi barədə istintaq araşdırmaları davam etdirilir.


Müəllif: Daşqın Güneyli

Oxşar xəbərlər