9 Mart 2019 11:05
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Binəqədi rayonunda səhər saatlarında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, FHN-nin yaydığı məlumata əsasən, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb.

Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər