ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat alınıb.
Teleqraf.com-un modern.az-a istinadən məlumatına görə bunu baş nazirin müavini Bülənt Arınç deyib. O bunun ABŞ kəşfiyyatının Türkiyə hökumətini izləməsi iddiaları ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, “Der Şpigel” jurnalı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snoudenin məlumatları əsasında ABŞ-ın Türkiyəni dinlədiyini iddia edib.