Sabirabad sakini müəmmalı şəkildə vəfat edib.
Rayon sakini, 1982-ci il təvəllüdlü Feyruz Mikayılov ağır vəziyyətdə Bakıya gətirilərkən yolda vəfat edib. 37 yaşlı Feyruzu Bakıdakı xəstəxanaya gətirən avtomobil Qaradağ rayonu ərazisində olarkən o, keçinib.
Yaxınlarının bildirdiyinə görə, F.Mikayılovda ağciyər çatışmazlığı olub.
O, rayon ərazisində kafe biznesi ilə məşğul imiş.