Daşkəsən rayonunda zəhərlənmə hadisəsi olub.
Rayonun Alunitdağ qəsəbəsində yaşayan 29 yaşlı qadın hələ ki, bilinməyən səbəblərdən içdiyi sirkə turşusundan zəhərlənib.
O, öncə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilkin tibbi yardım göstərilən qadn, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Zərərçəkmişin ailəli olduğu bildirilir.