Mingəçevir şəhəri, Sahil küçəsi, 7 ünvanında bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini 22 yaşlı Türkan Tərlan qızı Hüseynova yaşadığı mənzilin vanna otağında dəm qazından zəhərlənib.Onu Mingəçevir şəhər xəstəxanasına çatdırıblar.
Xəstəxanadan Teleqraf.com-a verilən məlumata görə, Türkan Hüseynovanın vəziyyəti orta ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.