Xuliqanlıqda ittiham olunan Kamil Zeynalının barəsində məhkəmə qərarı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə Kamil Zeynallının barəsində polis tərəfindən tərtib edilmiş protokol araşdırılıb.
Məhkəmə araşdırma aparandan sonra Kamil Zeynallının barəsində 10 gün müddətinə həbs qərarı verib.
Daha sonra Kamil Zeynallı saxlanılması üçün müvəqqəti saxlanma təcridxanasına göndərilib.

***
13:25
İdmançı Kamil Zeynalının işinin araşdırılması üçün hakim təyin edilib.
Nərimanov rayon Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, iş araşdırılması üçün hakim Vüsal Qurbanovun icraatına verilib.
Qeyd olunub ki, Kamal Zeynallının işinə baxılacaq və qərar qəbul ediləcək.
Bildirilib ki, 1986-cı il təvəllüdlü Kamil Zeynallı tanışı ilə mübahisə edib və mübahisə dava ilə nəticələnib.O, telefon vasitəsi ilə tanışını söyüb.
Bu səbəbdən polislər onu saxlayıb.
Qeyd edək ki, Kamil Zeynallının bir müddət əvvəl tanışı ilə pul borcu üstündə mübahisəsi olub. Tanışı onu məhkəməyə verib, məhkəmə borcun ödənilməsi barədə qətnamə qəbul edib.
***
Müğənni Gulay Kamil Zeynallının həbs olunması xəbərinə münasibət bildirib.
Milli.Az xəbər verir kui, Kamil Zeynallının həyat yoldaşı, müğənni Gülay xəbəri təkzib edib: "Yalandır, yalan məlumatdır. Tədbirdəyəm, o da indi övladı ilə bir yerdədir".
***
12:18
Polis idmançı Kamil Zeynallını saxlayıb.
K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.
O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur./Report/