Dünən Bakıda məcburi eniş edən Rusiya Federasiyasının “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarə artıq Moskvaya uçub.
Teleqraf.com xəbər verir ki, təyyarə bu gün Heydər Əliyev adına hava limanından havaya qalxıb.
Hava Limanından verilən məlumata görə, təyyarə səhər saatlarında Moskvaya uçub.
Xatırladaq ki, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus "Airbus A321" təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müvəffəqiyyətlə eniş edib. Buna təyyarədə bomba olması barədə şübhə yaranması səbəb olub.
Azərbaycan tərəfi təxirəsalınmaz tədbirlər görərək təyyarədə olan 225 sərnişini təcili təxliyyə edərək, müvafiq yardımlar göstərib, yerlə təmin edib. Daha sonra təyyarəyə baxış keçirilib, lakinbomba tapılmayıb.