14 Mart 2019 17:16
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat Xxdmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Ağdam rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Fəzail Mehdiyev ona məxsus evdən qızıl əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Sebastyanov saxlanılıb.

Onun ümumilikdə 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib və qızıl əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com