14 Mart 2019 19:08
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb.

Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.

Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib.

Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib.


Müəllif: Mənbə/Report