Gürcüstan hərbi polisi Azərbaycan əsilli əsgəri döyməkdə şübhəli bilinən iki hərbçini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Apsny.ge portalına açıqlama verən döyülmüş əsgər Kazım Qəhrəmanovun qardaşı Fuad Qəhrəmanov bütün iştirakçılarının cəzalandırılmasını istəyib.
Onun sözlərinə görə, hərbi polis iki nəfəri saxlayıb, ancaq K.Qəhrəmanovu döyənlərin sayı beş nəfərdir.