18 Mart 2019 13:51
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 14-də Yeni Yasamal ərazisində naməlum şəxsin ona zor tətbiq edib, içərisində müəyyən məbləğ olan pulqabısını aldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş N.Mehdizadə olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər