Yakutskda qadının oğurlayıb təcavüz etməkdə günahlandırılan şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yakutiya Muxtar Respublikasının hüquq-mühafizə orqanları məlumat yayıb.
İstintaqın gedişində daha 2 iştirakçı şübhəli şəxs qismində həbs olunub.
İstintaqın gedişində məlum olub ki, martın 17-də 23 yaşlı bir kişi yerli sakin olan qadını güclə maşınına oturdaraq qaraja aparıb və orada ona təcavüz edib. Daha sonra iki tanışı ilə həmin qadını avtomobil təmiri yerinə düşürüb.
Kişilərin əlindən canını qurtaran qadın daha sonra hüquq-mühafizə orqanlarına şikayət edib.
Qadına təcavüz edənlərin Orta Asiya əsilli miqrant olduğu bildirilir.
Bu hadisə şəhərdə böyük rezonansa səbəb olub, şəhər sakinləri etiraz aksiyası keçiriblər.