19 Mart 2019 20:15
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də Şəki rayonunda itkin düşən gənc tapılıb.

1997-ci il təvəllüdlü Fərman Abdulrəhimov Bakı şəhərində dostlarının yaşadığı evdə tapılıb.

Məlumata görə, o, ailəsinə xəbər vermədən Bakıya dostlarının yanına gedib. F.Abdulrəhimovun hansı səbəbdən evi tərk etdiyi bilinmir.

Qeyd edək ki, F.Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.


Müəllif: Teleqraf.com