20 Mart 2019 09:34
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ümumi sahəsi 100 kvadratmetr olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com