20 Mart 2019 14:28
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Air” şirkətinə məxsus “Fokker-100” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə martın 19-u yerli vaxtla saat 21:00-da Tehranın Mehrabad hava limanında baş verib.

Teleqraf.com xəbər verir ki, İranın Qeşm adasından Tehrana uçan, göyərtəsində 29 sərnişin daşıyan təyyarə hava limanında yerə enərkən arxa təkərlərində nasazlıq yaranıb.

Təcrübəli pilot təkərləri tam açılmayan təyyarəni güclə yerə endirsə də, təyyarədə yanğın baş verib.

Ölkənin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Mustafa Xalidi jurnalistlərə açıqlamasında qəza nəticəsində insan tələfatının olmadığını bildirib. “Təyyarə uçuş-eniş zolağında yerə enən kimi yanmağa başlayıb. Lakin yanğınsöndürənlər yanğını tez bir zamanda söndürə biliblər. Xoşbəxtlikdən bütün sərnişinlər sağ-salamatdır və onlar arasında hər hansı bir xəsarət alan yoxdur”.

Qeyd edək ki, ABŞ başda olmaqla Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyalara görə Tehran onlardan yeni təyyarələr və ya onların ehtiyat hissələrini ala bilmir.

Nəticədə köhnə təyyarələrin istismarda olması səbəbindən son vaxtlar İranda təyyarə qəzaları xeyli artıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər