21 Mart 2019 21:56
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan şəxsin adı məlum olub.

Rayonun Xırdapay kənd sakini, 1990-cı il təvəllüdlü Aydın Əliyar oğlu Məmmədovdur.

18:30

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

"VAZ-2106" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2106"-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com