23 Mart 2019 15:29
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırıb.

Hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Gövdəsinin diametri 4 metrə çatan ağacın aşması nəticəsində elektrik xətlərinə və qaz borusuna ziyan dəyib.

Kənd sakinləri hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, yaranmış problem indiyədək aradan qaldırılmayıb.

Eyni zamanda kənddə elektrik enerjisinin verlişində də bir neçə saat fasilə yaranıb.


Müəllif: Teleqraf.com