Çinin Szyansu əyalətinin Sutsyan şəhərində musiqi müəllimi ikinci sinif şagirdlərini qeyri-adi üsulla cəzalandırıb. Belə ki, müəllimə şagirdləri özü-özünü döyməyə məcbur edib.
Teleqraf.com xəbər verir ki, bu bardə “South China Morning Post” nəşri məlumat yayıb.
Uşaqlardan biri özünü 58 dəfə üzündən vurub. Nəticədə uşaqlar üz-gözü şişmiş və qızarmış vəziyyətdə evə qayıdıblar.
Valideynlərin şikayətindən sonar bölgənin təhsil idarəsində araşdırmalar başlayıb. Müəllim qeyri-müəyyən vaxtadək uşaqlarla ünsiyyətdə olmaq hüququndan məhrum edilib və 2 aylıq maaşdan məhrum olunub. Bundan əlavə onun qarşısında hər bir şagirdin evində olmaq və onlardan üzr istəmək öhdəliyi qoyulub.